The goal of this website is to be a safe for souls website advancing Catholic thinking and education. When editing, please adhere to the Content Standards.

Some images have been enhanced for teaching purposes and may not be identical to the original artwork.

Azerbaijani Rosary Prayers

From The Work of God's Children
Jump to: navigation, search

This language is also known as Azerbaijan, North Azerbaijani, Azeri, Azeri Turk, and Azerbaydzhani.

This language is spoken by 6,100,000 people in Azerbaijan. It is also spoken in Armenia, Estonia, Georgia, Kazakhstan, Kyrgyzstan, and Russia (Asia).

Contents

+ The Sign of the Cross / Signum Crucis

(This prayer is not completed yet.)

Ataya, Oğula və Müqəddəs Ruha. Amin.

Apostol İnam Simvolu / İnanıram / Apostles' Creed / Credo (Version A)

Allaha, Qadir Ataya,
yeri və göyü Yaradana inanıram.
Və İsa Məsihə, Onun Yeganə Oğluna, bizim Rəbbimizə inanıram ki,
O Müqəddəs Ruh tərəfindən qoyuldu,
Bakirə Məryəm tərəfindən doğuldu,
Ponti Pilatın yanında əzab çəkdi,
çarmıxa çəkildi, öldü və dəfn edildi,
cəhənnəmə endi,
üçüncü gün ölülərdən dirildi,
göylərə qalxdı
və Qadir Ata Allahın yanında əyləşir
və oradan diriləri və ölüləri mühakimə etməyə gələcək.
Müqəddəs Ruha,
müqəddəs ümumdünya kilsəsinə,
Müqəddəslərin Ünsiyyətinə,
günahların bağışlanmasına,
bədənin dirilməsinə,
əbədi həyata inanıram. Amin.

،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz / Our Father / The Lord's Prayer / Pater Noster (Version A)

Matthew 6:9-13
Luke 11:2-4
[in the Roman alphabet]

Ey göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun.
Səltənətin gəlsin.
Göydə olduğu kimi,
yerdə də Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver.
Və bizə borclu olanları bağışladığımız kimi,
bizim borclarımızı da bağışla;
Və bizi imtahana çəkmə,
lakin bizi şərdən xilas et.
Amin.

Atamiz / Our Father / Pater Noster

Ey qöylәrdә olan Atamiz
ısmın mügәddәs tutulsun.
Padşahliğin qәlsın.
Qöydә olduğu kımı,
yerdә dә Sәnın ıradәn olsun.
Qündәlık çörәyımızı bızә bu qün ver.
Vә bızә borclu olanlara bağişladiğimiz kımı,
bızım borclarimizi da bizә bağişla.
Vә bızı ımtahana çәkmә,
fәgәt bızı hıylәqәrdәn xılas et.
Amin.

Еј ҝөјләрдә олан Атамыз / Atamiz / Our Father / Pater Noster

[in the Cyrillic alphabet]

Еј ҝөјләрдә олан Атамыз,
Адын мүгәддәс тутулсун.
Сәлтәнәтин ҝәлсин.
Ҝөјдә олдуғу кими,
Јердә дә Сәнин ирадән олсун.
Ҝүндәлик чөрәјимизи бизә бу ҝүн вер;
Вә бизә борҹлу оланлары бағышладығымыз кими,
Бизим борҹларымызы да бағышла;
Вә бизи имтаһана чәкмә,
Лакин бизи шәрдән хилас ет.
Амин.

Doxology Чүнки сәлтәнәт, гүдрәт вә иззәт Әбәди олараг Сәниндир.

،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz / Our Father / Pater Noster

[in the arabic alphabet]

،اى ﮔؤيلرده اولان آتاميز
.سنئن آدين موقدّس اولسون
.سلطنتئن ﮔلسئن
،سنئن ائرادن، ﮔؤيده اولدوغى كئمى
.يرده ده اولسون
.ﮔونده لئگ چؤريئمئزى بو گون بزئه ور
،و بئزئم بورجلاريميزي بو گون بئزة باغيشلا
.نجه كى، بئز ده، بئزه بورجلى اولانلارى باغيشلاييريق
،بئزى ائمتاحانا چكمه
.لاكئن شرّدن خئلاص ات

Doxology

چونكي سلطنت، قودرت و عئزّت] [ابده كئمي سنئندر

Salam, mübarək Məryəm! / Mələk salamı / Məryəm, Sevin / Hail Mary / Ave Maria (Version A)

Salam, mübarək Məryəm! Rəbb Səninlədir.
Sən qadınlar arasında bəxtiyarsan
və Sənin bətninin Səmərəsi İsa bəxtiyardır.
Müqəddəs Məryəm, Allah Anası,
indi və bizim ölüm saatımızda
biz günahkarlar uçun dua et. Amin.

Müqəddəs Üçlüyə Həm / Glory Be / Gloria Patri (Version A)

Ataya, Oğula və Müqəddəs Ruha indi də,
həmişə də, əbədi olaraq da həmd olsun. Amin.


Oh, My Jesus / Fatima Prayer


Oh, my Jesus, forgive us our sins. Save us from the fires of hell. Lead all souls to Heaven, especially those most in need of Your mercy.

Hail, Holy Queen / Salve Regina


Hail, Holy Queen, Mother of Mercy

Rosarinin Sirlər / Mysteries of the Holy Rosary (Version A)

Sevincli sirlər / Joyful Mysteries / Mysteria Gaudii

İşıqlı Sirlər / Luminous Mysteries / Mysteria Lucis

Kədərli sirlər / Sorrowful Mysteries / Mysteria Doloris

Şərəfli sirlər / Glorious Mysteries / Mysteria Gloriae

How to Pray the Rosary

How to pray the Rosary

1. + (The Sign of the Cross / Signum Crucis)
2. Apostol İnam Simvolu / İnanıram (The Apostles' Creed / Credo)
3. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz (Our Father / Pater Noster)
4. 3 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm! (Hail Mary / Ave Maria)
5. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha (Glory Be to the Father / Gloria Patri)
6. Sirlər 1
7. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz
8. 10 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm!
9. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha / Oh, My Jesus
10. Sirlər 2
11. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz
12. 10 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm!
13. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha / Oh, My Jesus
14. Sirlər 3
15. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz
16. 10 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm!
17. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha / Oh, My Jesus
18. Sirlər 4
19. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz
20. 10 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm!
21. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha / Oh, My Jesus
22. Sirlər 5
23. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz
24. 10 Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm!
25. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha / Oh, My Jesus
26. (Hail, Holy Queen / Salve Regina)
For the Intentions and protection of our Holy Father:
27. ،اى ﮔؤيلرده اولان آتامي / Еј ҝөјләрдә олан Атамыз / Atamiz (Our Father / Pater Noster)
27. Mələk Salamı / Məryəm, Sevin / Salam, mübarək Məryəm! (Hail Mary / Ave Maria)
27. Müqəddəs Üçlüyə Həm / Ataya, Oğula və Müqəddəs Ruha (Glory Be to the Father / Gloria Patri)
28. + (The Sign of the Cross / Signum Crucis)

Müqəddəs Bernardın
by Saint Bernard of Clairvaux (1090 A.D. - 1153 A.D.)




“Allah Anasına çağırış” Müqəddəs Bernardın duası / Memorare of Saint Bernard (Version A)

Ey hər şeyə qarşı rəhmli olan Bakirə Məryəm, xatırla ki,
əsrlərdən bəri heç kəs Sənə pənah aparanlardan,
Sənin köməyini istəyənlərdən,
Sənin himayəni axtaranlardan kiminsə,
Sənin tərəfindən tərk edildiyini eşitməyib.
Bu ümidlə dolaraq,
öz günahlarıma görə təvazökarlıq
və qəm ilə Sənə gəlirəm ey Bakirə, və Haqq-Təalanın Anası.
Ey Əzəli Sözün Anası, mənim sözlərimə xor baxma
və mənim istəyimə iltifatlı nəzər yetir.
Amin.

Müqəddəs Ruha himn / Veni Sancte Spiritus (Version A)

Müqəddəs Ruha himn
The Holy Spirit

Bizə gəl Müqəddəs Ruh;

Göndər sonsuz işığın,

Səmavi şüasını.

Gəl, ey yetimlər Atası.

Gəl, ey nemətlər qaynağı.

Gəl, ey qəlbin nuru.

Sən gerçək təsəlliçi,

Sən səxavətli qəlblərin,

Nurlu Qonağı varsan,

İncə sərinlik Sənsən.

Zəhmətdən dinc rahatlıq,

Bürküdə təravət mehi,

Ağlayan zaman təsəlli,

Səmanın mübarək Nuru.

Nur çilə sadiqlərin,

Möminlərin qəlbinə.

Razılığın olmadan,

İnsanın gücü olmaz,

Şərdən savunma olmaz.

Yu təmiz olmayanı,

İslat quruyub qalanı,

Sağalt zərər dəyəni,

Yumşalt qəddarlaşanı,

Qızdır üşüyüb donanı,

Düz yola qoy azanı.

Bütün etiqadçılarına,

Möhkəm təvəkkül ver,

Yeddiqat qutsallıq ver,

Heyrətamiz mükafat ver,

Xilasedici çıxış ver,

Və əbədi səadət ver.

Amin.

Magnificat (Version A)

Mənim qəlbim Rəbbi yüksəldir
My soul doth magnify the Lord

«Mənim qəlbim Rəbbi yüksəldir,
və mənim Xilaskarım olan Allah üçün ruhum şad oldu.
Çünki O, qulunun mütiliyini gördü;
budur, bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər.
Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü;
Onun adı müqəddəsdir.
Onun mərhəməti nəsildən-nəslə Ondan qorxanlaradır.
Əli ilə qüdrət göstərdi.
Məğrurları öz ürəklərinin düşüncəsi ilə dağıtdı.
Hökmdarları taxtlarından endirdi; və mütiləri yüksəltdi.
Acları doyurdu; lakin zənginləri boş qaytardı.
Əbədiyyətə qədər İbrahim ilə onun nəslinə mərhəmət etməyi unutmayaraq,
Atalarımıza söz verdiyi kimi, qulu İsrailə yardım etdi.»

Müqəddəs Allah Anasına Litaniya / Litany of Our Lady / Litaniae Lauretanae (Version A)

Rəbb, bağışla.

Məsih, bağışla.

Rəbb, bağışla.

İsa, bizə nəzər et.

İsa, eşit bizi.

Səmavi Ata, Allah, bağışla bizi.

Oğul, dünyanın Fidyəsi, Allah, bağışla bizi.

Müqəddəs Ruh, Allah, bağışla bizi.

Müqəddəs Üçlük, Vahid Allah, bağışla bizi.

Müqəddəs Məryəm, bizə görə dua et.

Müqəddəs Allah Anasına Litaniya
Litany of Loretto

Müqəddəs Allah Anası, bizə görə dua et.

Müqəddəs Bakirələr Bakirəsi, bizə görə dua et.

Məsihin Anası, bizə görə dua et.

Kilsənin Anası, bizə görə dua et.

Allah bərəkətinin Anası, bizə görə dua et.

Vücudu çürüməyən Ana, bizə görə dua et.

Pak Ana, bizə görə dua et.

İsmətli Ana, bizə görə dua et.

Qüsursuz Ana, bizə görə dua et.

Nöqsansız Ana, bizə görə dua et.

Ən sevimli Ana, bizə görə dua et.

Ən gözəl Ana, bizə görə dua et.

Xeyirxah məsləhətin Anası, bizə görə dua et.

Yaradanın Anası, bizə görə dua et.

Xilaskarın Anası, bizə görə dua et.

Ən müdrik Ana, bizə görə dua et.

Ən ehtiramlı Ana, bizə görə dua et.

Ən güclü Ana, bizə görə dua et.

Mərhəmətli Ana, bizə görə dua et.

Sadiq Ana, bizə görə dua et.

Ədalət Güzgüsü, bizə görə dua et.

Müdriklik Taxtı, bizə görə dua et.

Sevincimizin Qaynağı, bizə görə dua et.

Müqəddəs Ruhun Ziyarətgahı, bizə görə dua et.

Allahın Şərəfinin Məskəni, bizə görə dua et.

Dərin iman Məskəni, bizə görə dua et.

Sirli Qızılgül, bizə görə dua et.

Davudun Qalası, bizə görə dua et.

Fil dişindən olan Qala, bizə görə dua et.

Ən dəyərli Ev, bizə görə dua et.

Əhdin saxlanma Yeri, bizə görə dua et.

Səmavi Qapı, bizə görə dua et.

Dan Ulduzu, bizə görə dua et.

Xəstələrə Şəfa, bizə görə dua et.

Günahkarlara Sığınacaq, bizə görə dua et.

Kədərlilərə Təsəlli, bizə görə dua et.

Möminlərə Kömək, bizə görə dua et.

Mələklərin Hökmdarı, bizə görə dua et.

Peyğəmbərlərin Hökmdarı, bizə görə dua et.

Apostolların Hökmdarı, bizə görə dua et.

Şəhidlərin Hökmdarı, bizə görə dua et.

Tövbə edənlərin Hökmdarı, bizə görə dua et.

Bakirələrin Hökmdarı, bizə görə dua et.

Bütün müqəddəslərin Hökmdarı, bizə görə dua et.

İlkin günahsız döllənmiş Xanım, bizə görə dua et.

Səmaya götürülmüş Xanım, bizə görə dua et.

Müqəddəs Rozari Xanımı, bizə görə dua et.

Barışıq Xanımı, bizə görə dua et.


Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Bağışla bizi, Rəbb.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Eşit bizi, Rəbb.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,

Rəhm et bizə, Rəbb.


-Müqəddəs Allah Anası, bizə görə dua et.

-Qoy biz Məsihin vədlərinə layiq olaq.


Dua edək;

Rəbb Allah! Bizə ruhun və bədənin sağlamlığını verməyə iltifat et və Müqəddəs Bakirə Məryəmin himayəsi vasitəsi ilə bizi yer üzündə şərdən qurtar və səmada əbədi sevinc bəxşiş et.

Rəbbimiz Məsihin vasitəsi ilə.

Amin.

Prayers of the HOLY MASS (Novus Ordo - Version A)

Tövbə / I Confess / Confiteor (Version A)

düşüncələrimlə və sözlərimlə, hərəkətlərimlə və unutqanlığımla çox günah
işlətdiyimi etiraf edirəm
"... I have sinned ... in my thoughts and in my words, in what I have done, and in what I have failed to do; ..."
Bu səbəblə Müqəddəs Bakirə Məryəmə, mələklərə, bütün müqəddəslərə ... sizə rica edirəm, mənim üçün Rəbbimiz Allaha dua edin.
"I ask blessed Mary, ever virgin, all the angels and saints,...to pray for me to the Lord our God."

Hər şeyə qadir Allaha və sizə, bacılarım və qardaşlarım,
düşüncələrimlə və sözlərimlə, hərəkətlərimlə və unutqanlığımla çox günah
işlətdiyimi etiraf edirəm. Gerçəkdənən günah işlətdim.
Bu səbəblə Müqəddəs Bakirə Məryəmə,
mələklərə, bütün müqəddəslərə və bacı-qardaşlarım,
sizə rica edirəm,
mənim üçün Rəbbimiz Allaha dua edin.

Hər şeyə qadir Allah, bizə rəhm etsin,
günahlarımızı bağışlasın və bizi əbədi həyata qovuşdursun. Amin.

Rəbb, bizə rəhm et / Lord, Have Mercy / Kyrie (Version A)

Rəbb, bizə rəhm et.
Rəbb, bizə rəhm et.

Məsih İsa, bizə rəhm et.
Məsih İsa, bizə rəhm et.

Rəbb, bizə rəhm et.
Rəbb, bizə rəhm et.


Göylərdəki uca Allaha / Glory to God / Gloria in excelsis Deo (Version A)

Göylərdəki uca Allaha həmd olsun
və yer üzündə yaxşı niyyətli insanlara barış gəlsin.
Səni öyürük. Səni ucaldırıq. Sənə ibadət edirik.
Uca Allah, göylərin Hökmdarı, hər şeyə qadir Ata Allah,
sonsuz şan üçün Sənə şükr edirik.
Məsih İsa,
yeganə Oğul, uca Allah, Allahın Qurbanı, Atanın Oğlu,
dünyanın günahlarını çəkən Sən, bizə rəhm et.
Dünyanın günahlarını çəkən Sən, dualarımızı qəbul et.
Uca Allahın sağında əyləşən Sən, bizə rəhm et.
Çünki yalnız Sən müqəddəssən, yalnız Sən Rəbbimizsən, yalnız Sən ucasan.
Ey Məsih İsa, Müqəddəs Ruhun birliyində Ata Allahın yanındasan. Amin.

Böyük imanın açıqlanması / The Nicene Creed / Credo in unum Deum (Version A)

Bir tək Allaha inanıram.
Yerin və göyün,
görünən və görünməyən bütün varlığların yaradanı her şəyə qadir
Ata Allaha inanıram.
Bütün əsrlərdən əvvəl Atadan dünyaya gəlmiş,
Allahın yeganə oğlu,
bir tək Rəbb olan Məsih İsaya inanıram.
O, Allahdan Allah,
Nurdan nur,
həqiqi Allahdan Həqiqi Allahdır.
Yaradılmış olmayıb Ata isə eynidir
və her şəy onun vəsitəsi ilə yaradılmışdır.
Biz insanlar qurtulusumuz üçün göydən enmiş,
Müqəddəs Ruhun qudrətilə
bakirə Məryəmdən Vücüd alıb insan olmuşdur.
Pontius Pilatus vaxtında bizim üçün acı
çəkərək çarmıxa çəkilmiş, ölmüş,
dəfn edilmiş və Müqəddəs yazılara görə üç gündən sonra dirilmişdir.
Göyə çıxmış və Atanın sağında oturmaqdadır.
Diriləri və ölüləri mühakimə etmək üçün
təkrar gələcək
və onun hökümdarlığı heç vaxt sona çatmayacaqdır.
Peyğəmbərlər vasitəsi ilə danışmış olan
Ata və oğuldan çıxıb,
Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaltılan,
həyatın qaynağı və Rəbb olan,
Müqəddəs Ruha inanıram.
Havarilərin imanına inanam , katolik və müqəddəs olan tək kilsəyə inanıram.
Günahların əff edilməsi üçün tək bir vaftizi qəbul edirəm,
ölulərin dirilişini və əbədi həyatı gözləyirəm.
Amin.

Müqəddəs / Holy, Holy, Holy / Sanctus (Version A)

Müqəddəs, Müqəddəs, Müqəddəs
kainatın Tanrısı.


Göylər və yerlər şanınla doludur.
Hosanna göylərdəki uca Allaha.


Rəbbin adına gələn ucaltılsın.
Hosanna göylərdəki uca Allaha.

Atamız / Our Father / Pater Noster (Version A)

Ey göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun.
Səltənətin gəlsin.
Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver.
Və bizə borclu olanları bağışladığımız kimi,
bizim borclarımızı da bağışla;
Və bizi imtahana çəkmə,
lakin bizi şərdən xilas et.
Amin.

Allahın qurbanı ...
Lamb of God...
The Passover Sacrifice
Exodus 12:3-7;12-13
The Crucifixion
Matthew 27:34-56
Mark 15:23-41
Luke 23:33-49
John 19:18-30

Allahın Qurbanı / Lamb of God / Agnus Dei (Version A)

Allahın qurbanı ...
Lamb of God ...
The Sacrificial Lamb Prepared for Death
Exodus 29:38-46
John 1:26-36
Allahın qurbanı ...
Lamb of God...
Isaac Carrying the Wood for the Sacrifice
Genesis 22
Jesus Carrying the Wood for His Sacrifice
Matthew 27:31-33
Mark 15:20-22
Luke 23:26-32
John 19:16-17

Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,
bizə mərhəmət elə.
Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,
bizə mərhəmət elə.
Ey insanların günahlarını qaldıran, Allahın qurbanı,
bizə barış və sakitlik nəsib elə.

Personal tools
Namespaces
Variants
Actions
Navigation
Languages
Toolbox